Uqandada sektantların hücumu nəticəsində dördü uşaq olmaqla ən azı səkkiz nəfər ölüb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uqanda Xalq Müdafiə Qüvvələri məlumat yayıb.
“İlkin araşdırmalar nəticəsində məlum olub ki, hələlik şəxsiyyəti bilinməyən təriqət üzvləri insanlara hücum edərək onları öldürüblər”, – məlumatda qeyd olunub.
Polis hücum edənlərdən ikisinin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.