image-snake-aurptleprk-2343562_1backend

Üç dişli “mutant ilan” tapıldı: Ən təhlükəli sürünənlərdən biri

Avstraliyada üç iti dişli ilana aid qeyri-adi kəşf edilib.
Elchi.az xəbər verir ki, Avstraliya Sürünənlər Parkında zəhər sağma proqramı zamanı “ölüm gürzəsi”nin nadir mutasiyası aşkar edilib.
“Avstraliya Sürünənlər Parkının kolleksiyasında ən azı 20 ildir ki, üç dişli ilan qeydə alınmayıb. Bu müddət ərzində biz minlərlə ilan saxlamışıq və onlardan yüz minlərlə sağmışıq”, – parkın bəyanatında deyilir.
Normalda iki dişi olan “ölüm gürzəsi” ən təhlükəli sürünənlərdən biri kimi tanınır.
Antivenom proqramlarından əvvəl gürzə hücumları insanlar üçün yüzdə 60 ölümcül idi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki