image-img_7133backend

Transgender dəliliyini dayandıracağam, ABŞ-da yalnız iki cins olacaq”-Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündə transgender dəliliyini dayandıracağını bildirib.

Elchi.az xəbər verir ki, o, bunu dekabrın 22-də Feniksdə (Arizona) TurningPoint-in AmericaFest 2024 tədbirində çıxışı zamanı deyib.

Trampın sözlərini AFP agentliyi sitat gətirib.

“Mən qadın uşaqların təhsilinə son qoyacaq, transgenderləri ordudan, ibtidai, orta və ali məktəblərimizdən xaric edəcək bir fərman imzalayacağam”. O, həmçinin kişilərin qadın idmanında iştirakına icazə verməyəcəyinə söz verib.

“Tramp administrasiyasında, ABŞ hökumətinin rəsmi siyasətində yalnız iki cins tanınacaq: kişi və qadın”, – Tramp əlavə edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki