image-trump-2036493_1backend

Trampdan BRİKS ölkələrinə vergi təhdidi

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp BRİKS ölkələrini hədələyib. Tramp BRİKS qrupuna xəbərdarlıq edib ki, əgər onlar yeni valyuta yaratsalar, gömrük rüsumlarını 100 faiz artıracaqlar.
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada “kənara durub BRİKS ölkələrinin dollardan uzaqlaşmağa çalışmasını izləmək” ideyasının bitdiyini bildirib.
Tramp BRİKS ölkələrini rüsumlarla hədələyib:
“Biz istəyirik ki, bu ölkələr yeni BRİKS valyutası yaratmayacaqları və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəkləri barədə öhdəlik götürsünlər. Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşacaqlarını gözləyirlər. Onlar getməlidirlər ki, özlərinə başqa valyuta alsınlar.” “BriCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki