image-ttrampbackend

Trampa soyuq hava maneəsi… 40 ildən sonra ilk!

Donald Tramp yanvarın 20-də baş tutacaq prezidentin andiçmə mərasimini soyuq hava şəraiti ilə əlaqədar qapalı şəraitdə keçirmək qərarına gəlib. Bu tarixi addımla belə bir dəyişiklik son 40 ildə ilk dəfə baş verəcək.
Elchi.az xəbər verir ki, Donald Tramp yanvarın 20-də keçiriləcək prezident andiçmə mərasiminin həmin tarixdə gözlənilən həddindən artıq soyuq hava şəraiti səbəbindən ABŞ Konqresinin binasında keçiriləcəyini açıqlayıb.
Tramp açıqlamasında ölkəsindəki insanları qorumaq vəzifəsi olduğunu bildirib və Arktika soyuq dalğasının təsiri altında olan insanlara xatırladıb. O, insanların heç bir şəkildə incidilməsini və ya xəsarət almasını istəmədiyini vurğulayıb.
Sonuncu dəfə ABŞ-da keçmiş prezident Ronald Reyqanın andiçmə mərasimi 40 il əvvəl, 1985-ci ildə soyuq hava şəraiti səbəbindən Konqres binasının içərisində və binanın Rotunda hissəsində keçirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki