ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş əldə olunub.
Elchi.az xəbər verir ki, Tramp bu barədə “Fox News” kanalına müsahibəsində deyib.
“Düşünürəm ki, biz son bir həftə ərzində böyük irəliləyiş əldə etdik. Biz Rusiya ilə, Ukrayna ilə də məşğuluq. Düşünürəm ki, nəsə olacaq”.
ABŞ prezidentindən münaqişənin hər iki tərəfini danışıqlara cəlb edə biləcəyini soruşublar. “Düşünürəm ki, bu baş verəcək” deyə Tramp cavab verib.
O, Avropanın Ukraynaya Vaşinqtondan qat-qat az pul xərcləməsindən bir daha narazılığını bildirib. “ABŞ 350 milyard dollara yaxın, Avropa 100 milyard dollar sərmayə qoyub, bu o deməkdir ki, biz iki, hətta üç dəfə çox xərcləmişik.
ABŞ-ın keçmiş prezidenti Co Bayden buna icazə verməməli idi”, – deyə Tramp bildirib. O, həmçinin NATO ölkələrinin kifayət qədər hərbi xərclərini də tənqid edib. “NATO ilə vəziyyət çox ədalətsizdir və mən bunu ədalətli etdim 2017 hakimiyyəti ələ keçirdikdən sonra dedim ki, pul verməsələr, biz onları qorumayacağıq”, – ABŞ prezidenti bildirib.
Yeganə