image-u-s-president-donald-trump-looks-on-following-a-swearing-in-ceremony-for-defense-secretary-james-mattis-at-the-pentagon-in-washington-u-sbackend

Tramp sanksiyalarla Hollivuda zərər verə bilər

Amerika lideri Donald Trampın ABŞ- a Kanada idxalına tətbiq etdiyi rüsumlar Hollivud kino sənayesinə zərər verə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb.
Telekanalın Hollivuddakı mənbələrinin məlumatına görə, ABŞ prezidentinin qərarı film istehsalının xərclərinin artmasına səbəb olacaq. Mütəxəssislər həmçinin hesab edirlər ki, amerikalılar ərzaq qiymətlərinin ümumi artımı səbəbindən əyləncə xərclərini azaltmalı olacaqlar.
“Trampın tarifləri idxal olunan avadanlıqlara görə film və televiziya büdcələrinə təzyiq göstərə bilər, digər sektorlardakı yüksək tariflər isə potensial tamaşaçıların pul kisəsini vura və kassa gəlirlərini təhlükə altına qoya bilər”, – mənbə nəşrə bildirib.
CNBC aydınlaşdırır ki, Amerika kinorejissorları və studiyaları üçün problemlər yarana bilər, çünki Kanada onilliklər ərzində “Amerika kinosu üçün səs-küylü istehsal mərkəzi” olaraq qalır. Ölkəni hətta zarafatla “Şimalın Hollivudu” da adlandırırlar.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki