ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalarını davam etdirir. Tramp HƏMAS üzvlərinin Qəzzanı tamamilə tərk etməli olduğunu müdafiə edərək, İsrailə istədiyi hər cür dəstəyi verəcəyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Truth Social hesabından verdiyi açıqlamada Qəzza ilə bağlı mövqeyini təkrarlayıb.
Tramp: “Bütün girovları indi buraxın, gec deyil. Yoxsa sizin üçün bitdi. Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm. Əgər dediklərimi etməsəniz, HƏMAS-ın bir nəfər üzvü də təhlükəsiz olmayacaq”. ifadələrdən istifadə etdi.
Tramp HƏMAS liderlərinə müraciətində “Bu sizin son xəbərdarlığınızdır. Hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır” deyib. qiymətləndirmə aparıb.
Qəzza xalqına müraciət edən Tramp, əks halda bunun bədəlini canları ilə ödəyəcəklərini qeyd edərək, əsirləri azad etmələrini istəyib.
Şayəstə Hüseynova