NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəvəti ilə onun andiçmə mərasimində iştirak edəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.
Nəşr qeyd edir ki, Şimali Atlantika Alyansının keçmiş baş katibi seçilmiş Amerika liderindən şəxsi dəvət alıb. Nəşr vurğulayır ki, Stoltenberqin andiçmə mərasimində iştirakı təəccüblüdür, çünki Tramp əvvəllər NATO haqqında sərt danışıb. Eyni zamanda, materiala görə, blokun keçmiş rəhbəri vəzifədə olduğu müddətdə Trampla yaxşı münasibətlər saxlaya bilib.
2024-cü ilin dekabr ayının sonunda Stoltenberq Bildeberq Klubuna rəhbərlik etdi və onun sədri oldu.
Yeganə