image-kmo_162543_58787_1_t241_113302backend

Tramp Meksika mallarına rüsumları dayandırıb

Vaşinqton Meksika mallarına tətbiq edilən rüsumları dayandırıb.
Elchi.az xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum deyib.
Dövlət başçısı ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Meksikadan idxala tətbiq edilən 25 faizlik rüsumların müvəqqəti olaraq ləğv edildiyini açıqlayıb.
Tramp fevralın 2-də Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiqi haqqında sərəncam imzalayıb.
Vaşinqtonun qərarı faktiki olaraq ölkələr arasında bir neçə ildir mövcud olan rüsumsuz ticarəti ləğv etdi. Tramp belə tədbirlərin amerikalı istehlakçılar üçün mənfi nəticələrə səbəb ola biləcəyini etiraf edib. “Müvəqqəti, qısamüddətli fasilələr ola bilər və insanlar bunu başa düşəcəklər”, o əlavə edib.
Meksikanın İqtisadiyyat naziri Marselo Ebrard ABŞ hakimiyyətinin böyük səhvə yol verdiyini və “özlərini ayağından vurduğunu” söylədi. Tariflərin dağıdıcı təsiri olacaq, lakin ABŞ hökuməti Meksika hökumətini narkotik ticarətinə yardım etməkdə ittiham edərək ictimaiyyətin diqqətini bundan yayındırmağa çalışır. Artıq Ebrardın özünə Meksikanın maraqlarını qorumaq üçün həm tarif, həm də tarifsiz cavab tədbirləri görmək tapşırılıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki