image-trump-reu-2349146_1backend

Tramp: “İranla razılaşma əldə edə bilərik”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə qatil Netanyahu ilə görüşü zamanı “İranla birbaşa danışırıq. Ola bilsin ki, əla olacaq bir razılaşma əldə olunsun. Şənbə günü ən yüksək səviyyədə görüşəcəyik və bunun necə nəticələnəcəyini görəcəyik” deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp və soyqırımçı Netanyahu Oval kabinetdə keçirdikləri görüşdə mətbuat mənsublarına cari gündəmdən danışıb.
İsrailin görmək arzusunda olduğu “bu günə qədər ən yaxşı prezident” olduğunu deyən Tramp, “Belə olmaq mənim üçün şərəf olardı” deyib.
İran məsələsini ətraflı müzakirə etdiklərini bildirən Tramp, “Bu gün, açığı, İranla bağlı məsələləri müzakirə etdik. İranla birbaşa danışıqlardayıq, bunlar hazırda davam edir, danışıqlar şənbə günü də davam edəcək. Düşünürəm ki, hamı razılaşdı ki, razılaşmaya üstünlük verilir. Ümid edirəm ki, bu danışıqlar uğurlu olar”. qiymətləndirməsini etdi.
Həftə sonu davam edəcək İranla birbaşa danışıqlara işarə edən Tramp, “İranla birbaşa danışırıq. Ola bilsin ki, əla olacaq bir razılaşma əldə olunsun. Bu, İran üçün həqiqətən əla olardı, bunu sizə deyə bilərəm. Şənbə günü ən yüksək səviyyədə görüşəcəyik və bunun necə nəticələnəcəyini görəcəyik” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki