ABŞ prezidenti Donald Tramp faiz dərəcələrinin aşağı salınması lazım olduğunu deyib və bunun qarşıdan gələn tariflərlə paralel gedəcək bir şey olduğunu göstərir.
Elchi.az xəbər verir ki ,Tramp “Truth Social” sosial media platformasında faiz dərəcələri ilə bağlı paylaşım edib.
Tramp yanvar ayında videokonfrans vasitəsilə iştirak etdiyi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) 55-ci İllik Toplantısında da faiz dərəcələrini aşağı salmağa çağırıb.
ABŞ Maliyyə Naziri Scott Bessent isə verdiyi müsahibədə Tramp rəhbərliyinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) faizləri endirib-indirməyəcəyinə deyil, 10 illik istiqraz faizini azaltmağa yönəlmiş siyasət addımlarına fokuslandığını vurğulayaraq, Trampın siyasətləri ilə bunun təbii olaraq azalacağını düşündüyünü ifadə edib.