ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanın “torpaq zəbtini” və müəyyən qruplara “çox pis” davrandığını deyərək, ona bütün maliyyələşdirməni dayandırdığını bildirib.
Elchi.az xəbər verir ki, Tramp “Truth” sosial media hesabında mesaj paylaşıb.
Cənubi Afrikada vəziyyətin çox pis olduğunu ancaq “radikal sol media”nın bu məsələni gündəmə gətirmədiyini bildirən Tramp, Cənubi Afrikanın torpaqları zəbt etdiyini bildirib.
Tramp həmçinin qeyd edib ki, Cənubi Afrikada müəyyən qrup insanlarla “çox pis” rəftar edilib və böyük insan haqları pozuntuları olub.
ABŞ-ın bu vəziyyətə dözməyəcəyini bildirən Tramp hərəkətə keçəcəklərini açıqlayıb.
“Tam araşdırma başlanana qədər mən Cənubi Afrikaya gələcək bütün maliyyələşdirməni dayandırıram” Tramp deyib.
Şayəstə Hüseynova