image-1200x675_341485backend

Tramp: “Amerikada din yenidən yaranmalıdır”

ABŞ prezidenti Donald Tramp Amerikada son illərdə geriləyən dini dəyərlərin prezidentliyi ilə yenidən güclənəcəyini qeyd edərək, “Biz dini hər zamankından daha güclü, daha böyük və daha yaxşı geri qaytarmaq istəyirik” – deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp ənənəvi Milli Namaz Səhər yeməyində iştirak edib və nitq söyləyib.
ABŞ-da dini dəyərlərin hər zaman çox önəmli olduğunu, lakin son illərdə zəiflədiyini izah edən Tramp, yaxşı niyyətli olduğunu və prezidentliyi dövründə bu mövzuda güclü addımlar atacağını bildirib.
Dini azadlıqlarla bağlı daha fundamental addımlar atmalı olduqlarını deyən Tramp, “Biz dini hər zamankindən daha güclü, daha böyük və daha yaxşı geri qaytarmaq istəyirik. Din son bir neçə ildə çox əziyyət çəkdi, amma güclü şəkildə geri qayıdır” – deyib.
ABŞ-ın din azadlığı ölkəsi olduğunu qeyd edən Tramp bəzi xristian qruplarının müxtəlif səbəblərdən aldığı cəzaları əfv etdiyini açıqlayıb.
Tramp dini azadlıqlarla bağlı yeni addım ataraq “Prezident yanında Dini Etiqad Azadlığı Komissiyası”nın yaradıldığını açıqlayıb.
75 yaşlı qadının dinini yerinə yetirdiyi üçün həbs edildiyini və ən elementar hüquqlarının qəsb edildiyini açıqlayan Tramp yeni komissiya ilə belə halların qarşısını alacaqlarını bildirib.
Seçkilərdə ABŞ-da xristianların və yevangelistlərin əksəriyyətinin səsini alaraq prezident olduğunu qeyd edən Tramp təkcə xristianların deyil, bütün digər dinlərin nümayəndələrinin də inanc azadlığına malik olduğunu bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki