ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun üzvlüyünü saxlamaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mümkün islahat planını nəzərdən keçirir.
Elchi.az bildirir ki, bu barədə mənbələrə və əldə etdiyi sənədə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bu məlumata görə, plan, xüsusilə də, Trampa birbaşa hesabat verəcək və mümkün islahatlarla bağlı təşkilatla danışıqlara nəzarət edəcək ABŞ-ın ÜTT-yə xüsusi nümayəndəsinin təyin edilməsini nəzərdə tutur.
Agentlik bildirib ki, yanvarın 20-də Trampın andiçmə mərasimi ərəfəsində hazırlanan sənəddə həmçinin ABŞ-ın yeni administrasiyasına təşkilatdan “mümkün qədər tez çıxmağı”, onunla qarşılıqlı əlaqədə “radikal yeni yanaşma” inkişaf etdirməyi və ÜTT-nin hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun səlahiyyət müddəti başa çatdıqdan sonra baş direktor vəzifəsinə amerikalının təyin edilməsini məqsəd qoyub.
Yeganə