Kanada federal hökuməti milli təhlükəsizliklə əlaqədar TikTok-un ölkədəki fəaliyyətini dayandırmasını istəyib. Bununla belə, bu qərar kanadalıların məşhur sosial media proqramına daxil olmasına mane olmayacaq.
Elchi.az xəbər verir ki, Kanadanın İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri Fransua-Filip Şampan bildirib ki, Toronto və Vankuverdəki TikTok ofislərinin bağlanması qərarının milli təhlükəsizlik araşdırması zamanı əldə edilən məlumat və sübutlara əsaslandığını bildirib.
Şampan, “TikTok-un Kanadadakı fəaliyyətinin milli təhlükəsizliyə zərər verə biləcəyi qənaətinə gəldik” dedi və hökumətin təhlükəsizlik tədbirlərinin ictimaiyyət tərəfindən anlaşılacağına ümid etdiyini bildirib.
Açıqlamada TikTok-dan istifadənin şəxsi seçim olduğu vurğulanıb və kanadalıları proqramdan şüurlu şəkildə istifadə etməyə çağırılıb.
Şampan valideynləri və tətbiqdən istifadə etməyi düşünənləri potensial risklərdən xəbərdar olmağa çağırıb.
Tənqidçilər tətbiqin Çin hökumətinə məlumat verə biləcəyindən narahatdırlar.