image-094040a9-d578-3a6c-b171-fad16887c1f4_850backend

Texas qubernatoru Meksika ilə sərhədə 400-dən çox hərbçi göndərəcək

Texas qubernatoru Qreq Ebbott qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Meksika ilə sərhədə əlavə 400-dən çox hərbçi, həmçinin təyyarə və helikopterlər göndərmək barədə sərəncam verib.

Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qubernatorun ofisi məlumat yayıb.

“Texas Taktiki Sərhəd Qüvvələrinin göndərəcəyi 400-dən çox əlavə əsgər, həmçinin C-130 təyyarələri və “Chinook” helikopterləri Texas Milli Qvardiyasının sərhəddə yerləşdirilmiş minlərlə hərbçisinə qoşulacaqlar”, – məlumatda bildirilib.

Qeyd olunur ki, son dörd il ərzində Texas “keçmiş prezident Cozef Bayden administrasiyasının sərhəd böhranına və amerikalıları qorumaqdan imtina etməsinə” qarşı mübarizə aparıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki