image-thumbs_b_c_bdff8a0ec8231c1e1a140c504cb52a4cbackend

Texas hökumətə məxsus cihazlarda iki proqrama qadağa qoyub

Texas qubernatoru Qreq Abbott Çin sosial media tətbiqi RedNote və Çin şirkətinin DeepSeek süni intellekt proqramından hökumətə məxsus cihazlarda istifadəni qadağan edib.
Elchi.az xəbər verir ki, Abbott həmçinin Xiaohongshu kimi tanınan RedNote və Lemon8 sosial media proqramlarının, həmçinin DeepSeek-in süni intellekt chatbotunun hökumət cihazlarında istifadəsini qadağan edib.
“Texas, Çin Kommunist Partiyasının məlumat toplayan süni intellekt və sosial media tətbiqləri vasitəsilə əyalətimizin kritik infrastrukturuna sızmasına icazə verməyəcək” dedi. Abbott bildirib ki, dövlət ölkəni “düşmən xarici aktyorlara” qarşı qorumağa və müdafiə etməyə davam edəcək.
Bu qadağa ilə Texas ABŞ-da DeepSeek-i qadağan edən ilk ştat olur.
Abbottun ofisi şərh verməkdən imtina etdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki