image-401674backend

Tehranda soyuq hava: Məktəblər və dövlət müəssisələri bağlanıb

İranın paytaxtı Tehranda soyuq hava şəraiti ilə əlaqədar şənbə günü bütün məktəblər, banklar və dövlət müəssisələri, o cümlədən ali təhsil müəssisələri bağlanıb.
Elchi.az xəbər verir ki, Tehran Qubernatorluğundan verilən açıqlamaya görə, hava istiliyində nəzərəçarpacaq dərəcədə azalma olacağı ilə bağlı meteorologiya idarəsindən verilən xəbərlərə əsasən, sabah bütün dövlət və özəl qurumlar, məktəblər, universitetlər, banklar və bələdiyyələrin bağlı olacağı bildirilib.
Ölkənin şimalında şaxta və dağ yollarının təhlükəli vəziyyəti ilə əlaqədar vətəndaşlardan lüzumsuz gediş-gəlişdən çəkinmələri də xahiş olunub.
Ötən həftə Tehranda güclü hava çirkliliyinə görə məktəblər iki gün bağlanıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki