image-33backend

Suriyanın qərbində qurbanların sayı 973-ə çatıb 

Suriyanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları qrupları arasında baş verən toqquşmalar nəticəsində bir gecədə mülki itkilərin sayı 830-dan 973-ə yüksəlib.

Elchi.az xəbər verir ki, bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, ölənlər arasında qadın və uşaqlar var, onların sayı dəqiqləşdirilmir.

Qurbanların əksəriyyəti ərəb respublikasının əhalisinin 12 faizini təşkil edən Ələvi icmasına aiddir.

Təhlükəsizlik qüvvələri Latakiya və Tartus əyalətlərinin sahilyanı rayonlarına nəzarəti bərpa edib, lakin dağlıq bölgələrdə qarşıdurmalar davam edir. Martın 6-da başlayan hərbi əməliyyatlar zamanı 250-dən çox yaraqlı öldürülüb. Suriyanın yeni hakimiyyət orqanlarına dəstək verən silahlı qüvvələr 231 döyüşçünü itirib.

Təhlükəsizlik qüvvələri Latakiya və Tartus əyalətalərinin sahilyanı rayonlarına nəzarəti bərpa edib, lakin dağlıq bölgələrdə qarşıdurmalar davam edir. Martın 6-da başlayan hərbi əməliyyatlar zamanı 250-dən çox yaraqlı öldürülüb. Suriyanın yeni hakimiyyət orqanlarına dəstək verən silahlı qüvvələr 231 döyüşçünü itirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki