Ermənistanın “Mənim şərəfim var” fraksiyasının deputatı, İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının sədri Taquhi Tovmasyan ermənilərin Sünikdən köçdüyünü etiraf edib.
Alp.az xəbər verir ki, erməni millət vəkili Sünikdə azsaylı erməninin qaldığını etiraf edib:
“Sünikdə Ermənistan vətəndaşlarının sayı günü-gündən azalır. Bu əraziyə nəzarət vizual olaraq Azərbaycanın nəzarətindədir. Əgər tədbir görməsək oradan hamı çıxacaq. Onlar gözlərini açıb Azərbaycan əsgərini görür. Əhali xof içərisindədir.”
Taquhi Tovmasyan bildirib ki, insanlar ciddi sosial problem məngənəsində boğulur.
“Sosial çətinliklərə görə onlar bu əraziləri tərk edir”- deyə Tovmasyan bildirib.