Noyabrın 30-da İslandiyada keçirilən ümumi seçkilərdə Sosial Demokrat Alyansı 63 yerlik parlamentdə 15 yer qazanaraq birinci olub.
Elchi.az xəbər verir ki, İslandiyada 30 noyabr şənbə günü keçirilən seçkilər nəticəsində 2021-ci il seçkilərində 9 faiz səslə 6 millət vəkili qazanan Sosial Demokrat Alyansı yüzdə 21-dən çox səslə deputat sayını 15-ə çatdırıb.
Son dörd seçkidə birinci olan hakim İstiqlal Partiyası 19 faiz səs toplasa da, deputatlarının sayı 16-dan 14-ə enib.
Şayəstə Hüseynova