Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Qəzzanı “ələ keçirmək” və fələstinliləri zorla köçürmək planına qarşı çıxıb.
Elchi.az xəbər verir ki, Almaniya kansleri Şolts Lüdviqsburqda keçirilən seçki tədbirində deyib: “Prezident Trampın təklif etdiklərini tamamilə rədd edirəm. Qəzza əhalisini Misir və İordaniyaya zorla göndərmək düzgün deyil”. ifadələrdən istifadə edib.
Şolts bildirib ki, Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq və Fələstin dövləti ilə İsrail arasında dinc yanaşı yaşamaq üçün hər şey etmək lazımdır.
Şayəstə Hüseynova