Sosial şəbəkə istifadəçiləri və jurnalistlər Almaniya kansleri Olaf Şoltsun Kiyevə gümüşü “Rimova” çamadanı ilə gəlməsinə diqqət yetirib və orada nə ola biləcəyi ilə maraqlanmağa başlayıblar.
Elchi.az bildirir ki, sosial şəbəkələrdə məsələ ilə bağlı çoxlu zarafatlar edilib.
NTV telekanalının qeyd etdiyi kimi, bəziləri onun içində qəhvə və sendviç olan termos olduğunu güman edirdilər.
Digərləri isə zarafatla deyirdilər ki, çamadanda Ukrayna üçün 650 milyon avro dəyərində silah var, onun çatdırılmasını kansler daha əvvəl elan etmişdi. İstifadəçilər həmçinin istisna etməyiblər ki, kansler Kiyevdən nəsə götürmək üçün özü ilə boş çamadan gətirib.
Zelenski ilə birgə mətbuat konfransında jurnalistlərdən biri Şoltsdan çamadanda nə olduğunu soruşub. “Nə qədər təfərrüatı bilmək istəyirsiniz?”,-deyə cavab verən kansler bildirib ki, “əsasən səyahət əşyaları, alt paltarları və lazım olan bir neçə başqa əşyalar var”.
Yeganə