image-155083-slovakya-dan-ukrayna-ya-sert-yanit-elektrigini-keseriz-676fe4044f329backend

Slovakiyadan Ukraynaya sərt cavab: İşığını kəsəcəyik!

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Ukrayna yanvarın 1-dən Rusiya qazının keçidini əngəlləsə, Ukraynaya elektrik enerjisinin verilməsini dayandıra bilərlər.
Elchi.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko yeni il üçün yayımladığı videoda Ukraynanı hədəf alıb. Baş nazir Fiko, “Əgər Kiyev Rusiya qazının keçidinə mane olarsa, biz 1 yanvardan sonra yaranmış vəziyyəti və Ukraynaya qarşı qarşılıqlı tədbirlərin görülməsi imkanlarını qiymətləndirəcəyik” dedi. “Lazım gələrsə, biz Ukraynanın təcili ehtiyac duyduğu elektrik enerjisinin tədarükünü dayandıracağıq və ya başqa addımlar barədə razılaşacağıq”, – Fiko bildirib.
Rusiya qazının Ukrayna və Slovakiya üzərindən tranzitinin dayandırılmasının qarşıdakı 2 ildə Avropa Birliyinə 120 milyard avroya başa gələ biləcəyini təxmin etdiyini vurğulayan Fico, Slovakiyanın da ildə 500 milyon avroya qədər zərər görəcəyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki