image-6f89bf0b-f7e3-3d65-8260-0e064f31dde3_850backend

Slovakiya Xocalı faciəsi ilə əlaqədar Azərbaycanın kədərini bölüşür

Slovakiyanın Bakıdakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Elchi.az xəbər verir ki, paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində edilib.

“33 il keçdi… Bu gün biz azərbaycanlılarla birlikdə 1992-ci ildə Xocalıda həlak olanların hamısını yad edərək kədərlənirik. Xocalıda ailələrini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk”, – diplomatik missiyanın paylaşımında qeyd olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki