image-snimok-yekrana-163backend

Şimali Koreya və Ukrayna əsgərləri toqquşdu!

Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna və Şimali Koreya qoşunlarının ilk dəfə cəbhədə üz-üzə gəldiyini təsdiqləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib: “Şimali Koreyanın hərbi hissələri Kurskda ilk dəfə atəşə tutulub”.
Elchi.az xəbər verir ki, Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyi xəbəri gündəmdə qalarkən, Ukrayna hökumətindən mövzu ilə bağlı tənqidi açıqlama gəlib. Cənubi Koreyanın rəsmi mətbuatına açıqlama verən Ukrayna müdafiə naziri Rustem Umerov Ukrayna və Şimali Koreya əsgərlərinin ilk dəfə cəbhədə üz-üzə gəldiyini təsdiqləyib. Ukrayna və Şimali Koreya əsgərlərinin “kiçik miqyaslı qarşıdurmada” olduğunu deyən Umerov, “münaqişənin bütün qüvvələrin səfərbər olunduğu sistematik şəkildə təşkil edilmiş münaqişə səviyyəsində olmadığını” bildirib Münaqişənin vaxtı və yeri, hadisənin “Şimali Koreyanın müharibəyə girməsi” olduğunu söylədi, “onun iştirakının başlanğıcı sayıla bilərmi” sualına “hə” cavabını verib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial media platformasında verdiyi açıqlamada belə deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki