image-download-44backend

Səudiyyə Ərəbistanının xarici işlər naziri ABŞ-lı həmkarı ilə görüşüb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli əlaqələri, regional və beynəlxalq hadisələri müzakirə edib.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, paytaxt Ər-Riyadda keçirilən görüşdə iki ölkə arasında ikitərəfli əlaqələr və qarşılıqlı maraqlara uyğun əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. Regional və beynəlxalq hadisələrin və bu mövzularda göstərilən səylərin qiymətləndirildiyi görüşdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Şahzadə Rima bint Bəndər bin Sultan da iştirak edib.
Səudiyyə İhbariya telekanalının verdiyi məlumata görə, vəzifəyə gəldikdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edən Rubio bölgə turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək.
ABŞ Dövlət Departamenti səfərlə bağlı açıqlamasında Rubionun yüksək səviyyəli diplomatik danışıqlar aparmaq üçün 13-18 fevral tarixləri arasında Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcəyini açıqlayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki