image-42d8a644-fd4e-3bad-81d5-afaca8347230_850backend

San-Fransiskoda Azərbaycan və Qazaxıstan baş konsullarının görüşü baş tutub

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

“Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam”, – baş konsul qeyd edib.

Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki