image-463746backend

Sabirabadda ağır qəza: ölən var

Sabirabad şəhərində avtomobil piyadanı vurub.
Elchi.az APA-ya istinadən xəbər verir ki, Saatlı sakini Elşad Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Sabirabad sakini, 1974-cü il təvəllüdlü Zaur Adil oğlu Səfərovu vurub.
Ağır xəsarətlər alan piyada Sabirabad xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki