Rusiya ordusunun Ukraynada həyata keçirdiyi hücumlarda 6 nəfər ölüb, 16 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralından davam edir. Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya gecə saatlarında təşkil etdiyi hücumlarda azı 6 nəfər ölüb, 16 nəfər yaralanıb. Ukraynanın mərkəzindəki Poltava şəhərində raket hücumu nəticəsində binanın qismən uçması nəticəsində azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb, 21 nəfər dağıntılar altından xilas edilib. Şərqdə Xarkovda pilotsuz uçuş aparatının (PUA) həyata keçirdiyi hücumda bir nəfər, şimal-şərqdəki Sumidə isə iki nəfər həlak olub. Hücumlar nəticəsində Kiyev, Xmelnitski, Zaporojya və Odessa vilayətlərindəki obyektlərə də ziyan dəyib.
Şayəstə Hüseynova