Rusiya prezidenti Vladimir Putin videokonfrans formatında keçirdiyi iclasda Müdafiə Nazirliyi və müdafiə sənayesi müəssisələrinin rəhbərlərini və ordu generalları ilə görüş keçirib. Alp.az xəbər verir ki, gündəlikdə üç məsələ var olub. Birincisi, dövlət silahlanma proqramının nəticələri və 2024-2033-cü illər üçün yeni layihənin formalaşdırılmasına yanaşmalardır.
Putin deyib ki, silah istehsalında 2020-ci ildə dövlət müdafiə sifarişi 96,2 faiz yerinə yetirilib. Bunu yüksək nəticə olduğunu qeyd edən Putin Rusiyanı ən böyük silah istehsalçısı olduğunu qeyd edib.