Almaniyada Yaşıllar Partiyası 2025-ci ildə keçiriləcək kansler seçkiləri üçün öz namizədini irəli sürüb. O, “ölkəni Rusiyanın karbohidrogen asılılığından azad edən” Almaniyanın “super praqmatik” vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek oldu.
Elchi.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Almaniya indi hökumət koalisiyasının ötən həftə dağılmasından sonra fevralda gözlənilən erkən seçkilərə hazırlaşır.
Habeck-in Baerbock ilə birlikdə kampaniya aparacağı gözlənilir. Siyasəti çətin yol gözləyir: sorğulara görə, Yaşıllar Partiyası hazırda cəmi 11-12% səs toplayır.
Nuranə Məmmədova