image-4a7a22d6-1536-4f55-8fda-219f6f26a91e_850-1backend

Rayonlarda külək güclənəcək

Azərbaycanın bəzi bölgələrində dekabrın 19-u gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə  Elchi.az- a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Qazax, Ağstafa, Goranboy, Mingəçevir, Samux, Ceyrançöl, Gəncə, Daşkəsən, Naftalan, Qusar, Şəki, Qax, Zaqatala, Qobustan, Kəlbəcər, Laçın, Qubadlı, Neftçalada fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki