image-797579c2-7cb2-3c01-8069-b57da008b728_850backend

Rafiq Verdiyev: “Azərbaycanda su diplomatiyası yaradılmalıdır”

Azərbaycanda su diplomatiyasının yaradılması vacibdir.

Elchi.az xəbər   Reporta istinadən xəbər  verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda yeraltı su ehtiyatları vacib resurslar kimi tanınır: “Lakin bu ehtiyatlardan istifadənin davamlılığı və yenidən yerinə qaytarılması ilə bağlı problemlər mövcuddur. Beləliklə, su diplomatiyasının yaradılması ölkənin su resurslarının səmərəli və davamlı idarə olunması üçün əhəmiyyətlidir”.

O qeyd edib ki, yeraltı su ehtiyatları hər zaman istifadə üçün əlçatan olmalıdır: “Lakin bu ehtiyatlardan istifadə zamanı onların bərpası məsələləri də nəzərə alınmalıdır. Azərbaycanda bu ehtiyatların yerinə qaytarılaraq gələcəkdə də istifadə olunması üçün mexanizmlər yoxdur. Bu da su resurslarının idarə edilməsinin daha səmərəli və davamlı olmasını təmin etmək üçün su diplomatiyasının yaradılmasının vacibliyini göstərir”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki