image-download-58backend

Rada Zelenskiyə sərt reaksiya verdi

Ukrayna prezidenti Volodimir Zelenskinin qərarları ABŞ tərəfindən Kiyevə inamın itirilməsinə səbəb olub.
Elchi.az xəbər verir ki, Ali Radanın deputatı Oleksiy Qonçarenko Telegram kanalında Zelenskini tənqid atəşinə tutub.
O, ABŞ prezidenti Donald Trampın “diktator” və “komediyaçı” Zelenski haqqında dediklərini “liderimizin böyük diplomatik oyununun” nəticəsi adlandırıb. Deputat qeyd edib ki, Vaşinqton hələ də Kiyevin əsas müttəfiqidir.
“ABŞ olmasa, biz müharibəni uduzacağıq. Baş verənlərin hamısı Zelenski və onun administrasiyasının problemidir. Bizi bura aparan o idi. “Bu, Zelenskinin qərarları idi” – deyə Qonçarenko yazıb.
Bundan əvvəl Radanın deputatı Aleksandr Dubinski Trampın Zelenskiyə qara ləkə qoyduğunu bildirib . O, həmçinin Zelenskini “əbədi müharibə” layihəsi başa çatmaq üzrə olan “qanlı təlxək” adlandırıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki