Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) HƏMAS və İsrail arasında məhbus mübadiləsinin “gizli saxlanılması” çağırışını təkrarlayıb.
Elchi.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda BQXK-nın növbəti buraxılış əməliyyatına hazırlaşdığı, eyni zamanda “bütün buraxılışların məxfi şəkildə aparılması” çağırışının təkrarlandığı bildirilir.
Bəyanatda BQXK-nın tərəflərin ona həvalə etdiyi rolu yerinə yetirməyə davam edəcəyi vurğulanıb.
Nuranə Məmmədova