image-6f0d5196-15b4-3e80-ba58-68ac731d22da_850backend

Qırğızıstanda yeni Milli İnkişaf Proqramı qəbul ediləcək

Qırğızıstan bu il 2030-cu ilə qədər olan dövrü əhatə edən Milli İnkişaf Proqramını qəbul edəcək.

Elchi.az “Kabar”a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev hökumətin 2024-cü ilin yekunlarına həsr olunmuş iclasında bildirib.

O qeyd edir ki, Milli Proqram çərçivəsində növbəti 6 il üçün inkişaf planı müəyyən ediləcək.

Hökumət başçısı dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, xalqın rifahının yaxşılaşdırılması, insan potensialının inkişafı, iqtisadiyyatın strateji sektorlarının inkişafı və milli layihələrin həyata keçirilməsinin əsas məqsədlər sırasında yer aldığını qeyd edib.

“Biz 2030-cu ilə qədər olan dövr üçün proqramın qəbulu ilə inkişafın ikinci mərhələsinə qədəm qoyuruq”, – A.Kasımaliyev qeyd edib.

Xatırladaq  ki, Qırğızıstan Milli İnkişaf Proqramının hazırlanmasına ötən il başlayıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki