image-gazze-saldiri-altinda-reu-2121813backend

Qəzzada ölənlərin sayı 48 346 nəfərə çatıb

İsrailin 471 günlük hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda 5 fələstinlinin cəsədi dağıntılar altından çıxarılıb, İsrail əsgərləri tərəfindən öldürülən 2 nəfər isə xəstəxanalara çatdırılıb.
Elchi.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Açıqlamada dağıntılar altından çıxarılan 5 nəfərin cansız cəsədinin son 24 saatda xəstəxanalara çatdığı, 2 fələstinlinin isə İsrail əsgərləri tərəfindən öldürüldüyü bildirilib.
Belə ki, İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən 19 yanvar atəşkəs rejiminə qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının artaraq 48 min 346, yaralı sayının isə 111 min 759 olduğu bildirilib.
HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Fevralın 11-də Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş verdiyi yazılı açıqlamada, atəşkəs razılaşmasından sonra İsrailin Qəzza zolağına birbaşa hücumları nəticəsində 92 fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki