image-gazzede-can-kaybi-42-bin-175e-yukseldi-dwqebackend

Qəzzada ölənlərin sayı 42 min 175-ə yüksəlib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 42 min 175-ə, yaralıların sayı isə 98 min 336-ya yüksəlib.
Elchi.az xəbər verir ki, İsrail 372 gündür Qəzza zolağında qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 49 fələstinlinin həyatını itirdiyi, 219 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin ümumi sayının 42 min 175-ə, yaralıların sayının isə 98 min 336-ya yüksəldiyi qeyd edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki