image-a-a-20250208-36988534-36988533-h-a-m-a-s-i-l-e-i-s-r-a-i-l-a-r-a-s-i-n-d-a-k-i-e-s-i-r-t-a-k-a-s-i-n-i-n-5-i-n-c-i-t-u-r-ubackend

Qəzzada beşinci girov mübadiləsi

İsrail və HƏMAS arasında atəşkəs razılaşması çərçivəsində əsirlərin dəyişdirilməsinin beşinci raundu başlayıb.
Elchi.az xəbər verir ki, Həmas üç israilli girovu Qırmızı Xaça təhvil verib, fələstinli əsirlər isə azad edilərək Qırmızı Xaç rəsmilərinə təhvil verilib.
Əsir mübadiləsinin beşinci turunda Qəzza zolağında olan israilli kişi əsirlər Eli Şərabi, Or Levi və Ohad Ben Ami Deyr əl-Bəlah şəhərində Qırmızı Xaç qruplarına təhvil verilib.
Məlum olub ki , məhbuslardan biri Ohad Ben Ami ikili Almaniya-İsrail vətəndaşıdır.
Sözügedən 183 fələstinli məhbusdan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında saxlanılan şəxslərdir.
 

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki