image-download-43backend

Qəzzada baş verən partlayışda 1 uşaq ölüb

Qəzza zolağının mərkəzində baş verən partlayışda 14 yaşlı fələstinli uşağın öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Qəzzanın mərkəzində yerləşən Əl-Bureyc Qaçqınlar Düşərgəsində partlayış baş verib.Partlayışın İsrail ordusundan qalan raketin partlaması nəticəsində baş verdiyi bildirilib.
Digər tərəfdən İsrail ordusundan verilən yazılı açıqlamada Qəzzanın mərkəzi hissəsindən ölkəyə doğru raket atıldığı iddia edilib. Atılan raketin Qəzza zolağının içərisinə düşdüyü iddia edilib.
Qəzzada raketin atıldığı rampanın hava hücumuna məruz qaldığı iddia edilib.
Fələstin rəsmiləri hələ ki, İsrailin hava hücumlarında hər hansı itki olub-olmaması ilə bağlı açıqlama verməyib.
Daxili İşlər Nazirliyinin Qəzza zolağındakı partlayıcı mühəndis qrupu yanvarın 19-da atəşkəs başlayandan bəri İsrail ordusunun tərk etdiyi dağıntıları zərərsizləşdirmək və təmizləmək üçün çalışır.
İşğal olunmuş Fələstin ərazisində BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru Lyuk İrvinq yanvarın 29-da keçirdiyi mətbuat konfransında Qəzza və işğal altındakı İordan çayının qərb sahilində partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdarlıq edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki