image-refah-aa-2327560_1backend

Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsi 8 aydan sonra açılıb

Qəzza ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsi İsrailin hücumlarına görə 8 ay bağlı qaldıqdan sonra yaralıların təxliyyəsi üçün açılıb.
Elchi.az xəbər verir ki, Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsi İsrail ordusunun 8 aylıq işğalından sonra xəstə və yaralıların təxliyəsi üçün açılıb.
Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində 50 yaralı və xəstə fələstinli uşağı daşıyan təcili yardım maşınları bu gün Rəfah sərhəd keçid məntəqəsindən Misirə keçib.
İsrail ordusu radiosunda yayımlanan xəbərdə Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində açılan Rəfah Sərhəd Qapısından yalnız Qəzza sakinlərinin çıxa biləcəyi və girişin olmayacağı bildirilib.
Hesabatda razılaşmaya əsasən, hər gün 50 yaralı və hər yaralı üçün 3 müşayiətçi olmaqla cəmi 200 nəfərin Qəzzadan sərhədi keçməsinə icazə veriləcəyi və keçidlərin İsrailin daxili orqanlarının razılığına tabe olacağı qeyd edilib.
İsraillə mübarizə zamanı yaralanan Həmas üzvlərinin Misirə keçməsinə icazə verildiyi halda, 7 oktyabr 2023-cü ildə “Əqsa tufanı” hücumunda iştirak edənlərin buraxılmayacağı vurğulanıb.
Sərhəd qapısında Avropa Birliyi ilə misirli və Həmas olmayan fələstinlilərdən bir qüvvənin olacağı və İsrail bunu rəsmi olaraq qəbul etməsə də, sözügedən fələstinlilərin Ramallah administrasiyasına bağlı olacağı və yalnız onların keçid icazələrinə möhür vururlar.
Buradakı bütün zabitlərin İsrailin daxili kəşfiyyat xidməti Şin-Bet-in nəzarətinə tabe olacağı da bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki