Qətərin Dəməşqdəki səfirliyi 2011-ci ildə Suriyadakı münaqişə səbəbindən missiyanın bağlanmasından 13 il sonra yenidən fəaliyyətə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Qətərin “Al Araby” telekanalı məlumat yayıb.
Qeyd olunduğu kimi, şənbə günü Suriya paytaxtında Qətərin səfirliyi üzərində əmirliyin bayrağı qaldırılıb. Diplomatik nümayəndəliyin açılış mərasimində Qətərin Suriyadakı müvəqqəti işlər vəkili Xəlifə Abdulla Əl Mahmud əl-Şərif iştirak edib.
Əvvəlcə Qətərin Xarici İşlər Nazirliyi dekabrın 17-də əmirliyin Suriya paytaxtında səfirliyinin işini bərpa etmək qərarı barədə məlumat versə də, missiyanın açılışı rəsmi olaraq elan olunmayıb. Qətər Xarici İşlər Nazirliyinin Afrika Departamentinə rəhbərlik edən Xəlifə Abdulla Əl Mahmud əl-Şərif Qətərin Suriyadakı müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.
Nuranə Məmmədova