image-bb04d771-8d7f-3447-bee9-c9387873c55c_850backend

“Qatar Airways” Dəməşqə ilk uçuşunu reallaşdırıb

Qətər milli aviaşirkəti “Qatar Airways”ə məxsus təyyarə Suriyada hakimiyyət dəyişikliyindən sonra Doha-Dəməşq marşrutu üzrə ilk kommersiya uçuşunu həyata keçirib.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Bu gün Dəməşq Beynəlxalq Hava Limanına ilk kommersiya təyyarəsi gəlib. “Qatar Airways”ə məxsus təyyarə saat 10:05-də Dohadan uçub”, – o, brifinqdə bildirib.

Qətər XİN rəsmisinin sözlərinə görə, təyyarədə 200 sərnişin olub.

Əl-Ənsari qeyd edib ki, yanvarın 6-da Qətər silahlı qüvvələrinin səkkizinci təyyarəsi göyərtəsində humanitar yardımla Dəməşqə eniş edib. Onun sözlərinə görə, Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Qətərdən Suriyaya çatdırılan yardımın ümumi həcmi 231 ton təşkil edib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki