image-555backend

Qarabağ ermənilərindən Bakıya ŞOK təklif: Bizə vətəndaşlıq və yüksək maaş versəniz… 

44 günlük Vətən Müharibəsindən sonra acınacaqlı duruma düşən Qarabağdakı ermənilər hər nə qədər tikinti işləri aparsalar da, özlərini tox tutmağa çalışsalar da, bölgədə gələcəklərinin olmadığının kifayət qədər fərqindədirlər. Alp.az xəbər verir ki, Qarabağda məskunlaşmış ermənilər “dövlət” qura bilməyəcəklərini də anlayırlar. Çünki bunun üçün nə imkan var, nə də şərait mövcuddur.

Bölgəyə müvəqqəti olaraq yerləşmiş rus sülhməramlılarına üzdə hər nə qədər güvəndiklərini bəyan etsələr də, bunun blefdən başqa bir şey olmadığı da aydındır. Hazırda ermənilərin üç yolu yolu qalıb. Ya bölgəni tərk edib, getməli, ya qalıb Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da yenidən müharibəyə əl atıb, sonlarını gətirməlidirlər. Sonuncu variant yaxın perspektivdə mümkün deyil. Bunun üçün nə resursları, nə də imklanları mövcuddur.

Bildirək ki, hələ bir xeyli əvvvəl rəsmi olaraq açıqlandı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfinə müraciət edərək, hazırda işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən tikinti işlərində işlə təmin olunmalarını istəyiblər. Hətta dövlət başçısı İlham Əliyev də öz çıxışlarından birində vurğulamışdı ki, bu barədə onlarda yetərli qədər məlumat var. Amma Bakının şərtləri konkretdir: Azərbaycan vətəndaşlığı qəbul edilməsə, hər hansı bir iş olmayacaq.

Rəsmi və qeyri-rəsmi mənbələrdən gələn xəbərlərdən, xüsusən də bölgəyə səfər edən xarici jurnalistlərin hazırladıqları reportajlardan da aydın olur ki, hal hazırda Qarabağda yaşayan ermənilərin əksəriyyəti yaşlılardır. Düzdür, müəyyən sayda gənclər də orada yaşayırlar. Lakin onlar gələcəklərini artıq Qarabağda görmürlər. Və bunu açıq şəkildə bəyan edirlər. Üstəlik, imkan düşdükcə, Ermənistana, orada da Rusiya və ya başqa xarici ölkələrə miqrasiya edirlər. Elə erməni mediası da açıq şəkildə yazır ki, Qarabağdan gələn ermənilər Qərb ölkələrinə viza almaq üçün böyük pullar xərcləyir və tur-firmaların önündə yüzlərlə adamı görmək mümkündür.

Alp.az-ın  əldə etdiyi məlumatlarda vurğulanır ki, Qarabağda məskunlaşmış ermənilər bir ildən çoxdur davam edən qeyri-müəyyənlikdən beziblər. Onlar yuxarıda qeyd etdiyimiz kimi, ya bölgəni tərk etməlidirlər, ya qalıb yaşamaları üçün Azərbaycan vətəndaşlığını qəbul etməli , ya da müharibəyə başlamalıdırlar.

Maraqlıdır ki, erməni tərəfi əsasən yerli əhali Azərbaycan vətəndaşlığını qəbul etməyə can atır.

Bunu hələ bir neçə gün öncə öz müsahibəsində erməni təhsil işçisi Maral Sarkisyan da bildirmişdi. Erməni rəsmilərinin boş vədlərindən bezdiklərini deyən Sarkisyan vətəndaşlıq və gənclərə yüksək əməkhaqqı müqabilində razılaşacaqlarının dilə gətirmişdilər.

Görünən isə odur ki, Qarabağdakı vəziyyət, Azərbaycan tərəfinin apardığı genişmiqyaslı tikinti-quruculuq işləri ermənilərin inamını sındırıb. Ermənilər indi anlayırlar ki, Azərbaycanla təhdid dilində danışmaq onların Qarabağdakı yaşayışına son qoya bilər. Bir sözlə ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə yeni həyata başlamaq istəyir. Bunu erməni ictimaiyyətinin loyallaşmasından da hiss etmək olar.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki