Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla telefonla danışıb.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
“Rusiya-Tacikistan strateji tərəfdaşlıq və müttəfiqliyin əldə edilmiş yüksək səviyyəsindən məmnunluq ifadə edərək, liderlər ticarət-iqtisadi, mədəni-humanitar, eləcə də təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün konkret addımları müzakirə ediblər”, – Kremldən bildiriblər.
Nuranə Məmmədova