image-42backend

Putin Qazaxıstana səfər edəcək

Rusiya prezidenti Vladimir Putin noyabrın 27-28-də Qazaxıstana rəsmi səfər edəcək.

Elchi.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) növbəti sessiyasında iştirak edəcək.

Rusiya liderinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqları planlaşdırılır. Görüş zamanı iki ölkə başçıları Qazaxıstanın bu il KTMT-də, Rusiyanın isə MDB və BRİKS-də sədrliyi nəzərə alınmaqla Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin müxtəlif sahələrdə inkişafını müzakirə edəcəklər.

“Danışıqlar nəticəsində dövlət başçılarının birgə bəyanatı, habelə bir sıra hökumətlərarası, idarələrarası və kommersiya sənədləri imzalanacaq”, – məlumatda deyilir.

KTMT-nin Xüsusi Təhlükəsizlik Şurasının iclasında bu il Təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin nəticələrinə yekun vurulacaq və kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsinin əsas istiqamətləri müəyyən ediləcək.

Putin və Tokayev videokonfrans vasitəsilə Ufada keçiriləcək Rusiya və Qazaxıstanın XX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına da müraciət edəcəklər. Bundan əvvəl Qazaxıstan prezidenti ölkəsinin Putinin qarşıdakı səfərinə ciddi hazırlaşdığını bildirmişdi. O, görüşün iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına təkan verəcəyinə əmindir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki