Prezident Ukrayna Silahlı Qüvvələrinin hücumlarından zərər çəkənlərə yardımın zəruriliyini bəyan edib.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinin zərər çəkmiş sakinlərinə yardımın lazım olduğunu açıqlayıb. Bu barədə dövlət başçısı Rusiya hökumətinin nümayəndələri ilə görüşündə bildirib.
Bundan əvvəl Rusiya prezidenti Ukrayna Silahlı Qüvvələrinin hücumlarından əziyyət çəkən Kursk vilayətinin sakinləri üçün aylıq 65 min rubl məbləğində ödənişlərin tətbiqini təklif edib. Eyni zamanda Putin bu qərarın qeyri-adi olduğunu, lakin insanların köməyə ehtiyacı olduğunu açıqlayıb.
Şayəstə Hüseynova