image-6-1backend

Putin gələn həftə Lukaşenko ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin gələn həftə keçiriləcək prezident seçkilərindən sonra ilk dəfə Moskvaya gələcək Belarus lideri Aleksandr Lukaşenko ilə görüşəcək.

Elchi.az xəbər verir ki, bu barədə “Moskva” verilişinin müəllifi və aparıcısı Pavel Zarubin məlumat verib.

Məlum olduğu kimi, Rusiya və Belarus liderləri Moskvada bir sıra məsələləri, o cümlədən beynəlxalq gündəliklə bağlı məsələləri müzakirə etmək üçün görüşəcəklər.

Bundan əlavə, gələn həftə Rusiya prezidenti iqtisadiyyatla bağlı iclasda iştirak edəcək, həmçinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək.

Bundan əvvəl Aleksandr Lukaşenko Belarusda Rusiya pilotsuz təyyarələri istehsal edən zavodun tikintisi ideyasını dəstəkləyib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki